AZ

Türkiyə ilə mövcud olan nizami müttəfiqlik və əməkdaşlıq münasibətləri bunun bariz nümunəsidir

BAKI, 26 dekabr. TELEQRAF

Əvvəlki illərdə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə də ölkəmizin xarici siyasəti çoxşaxəli olub.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Bu, Vətən müharibəsindən sonra regionda yeni sülh dövrünün başlanması ilə əlaqədardır. Azərbaycan həm beynəlxalq tərəfdaşlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərin inkişafına xüsusi önəm verir. Türkiyə ilə mövcud olan nizami müttəfiqlik və əməkdaşlıq münasibətləri bunun bariz nümunəsidir”,- o qeyd edib.

Seçilən
17
teleqraf.com

1Mənbələr