1-ci Liqa təmsilçisi "Şəfa"nın mərkəz müdafiəçisi Nihad Quliyev Premyer Liqada klubundan təklif alıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onu "Karvan-Yevlax" sıralarına cəlb etmək istəsə də, "yox" cavabı alıb.
"Şəfa"nın əsas heyətində möhkəmlənən arxa xətt oyunçusu qarşı tərəfə iş yerini dəyişmək barədə düşünmədiyini, indiki komandasında Elgiz Kərəmlinin rəhbərliyi altında oynamaqdan məmnun olduğunu və çempionluğa kökləndiyini bildirib.
Qeyd edək ki, "Şəfa" 1-ci Liqanın turnir cədvəlində 30 xalla 1-ci pillədə qərarlaşıb. Bakı təmsilçisi cari mövsüm liqada yenilgi acısı dadmayıb.
Nihat