AZ

Cavanşir Paşazadə: “Guya Əli Kərimli çağırış etsə, yüz minlərlə insan küçələrə çıxar, onlar belə bir qüvvəyə malik deyillər...”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin doğum günü ərəfəsində çoxsaylı təbriklər səsləndirildi. Radikal müxalifət ayrı-ayrı şəxslərin, sadə vətəndaşların prezidentə tərifini paylaşıb tənqid edir. Deyirlər ki, guya demokratik ölkələrdə belə şeylər olmur. Təbii ki, insanlar dövlət başçısını və onun apardığı siyasəti dəsəkləyirlər. Cənab Prezident doğum gününü Ağdamda qeyd etdi, şəhid ailələrini, qaziləri, veteranları sevindirdi. Bütün bunların fonunda radikal müxalifət xaricdən Azərbaycana yönəlmiş qüvvələrlə birləşir, onların səsinə səs verir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

C.Paşazadə qeyd edib ki, Ermənistanda radikal müxalifət hazırda Azərbaycanda həbsdə olan və məhkəmə prosesi davam edən terrorçuların buraxılması ilə bağlı çağırışlar edirlər: “Azərbaycandakı radikal müxalifət isə həbsdə "siyasi məhbus" kimi qələmə verilən məhbuslara azadlıq tələb edir. Bu, Ermənistandakı radikal müxalifətin səsinə səs vermək deməkdir. Hətta iddia edirlər ki, guya AXCP sədri Əli Kərimli həbsxanadan çağırış edərsə, yüz minlərlə insan küçələrə çıxar. Onların belə elektoratı yoxdur, belə bir qüvvəyə malik deyillər. Gələcəkdə də radikal müxalifətin belə bir cəhdi mümkün deyil. Ali Baş Komandan İlham Əliyevin hümanizm prinsiplərini əsas tutaraq irəli sürdüyü amnistiya aktı 20 mindən çox şəxsin əfv olunmasına imkan verir. Amnistiya aktının hansı şəxslərə şamil edildiyi də məlumdur...”

 

Aytəkin Qardaşova

Tarix: 26 Dekabr 2025, 15:19   
Seçilən
75
pravda.az

1Mənbələr