AZ

2025 ci il sülh prosesində dönüş nöqtəsi oldu

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

2025-ci il ərzində sülh gündəliyi üzrə əhəmiyyətli nəticələr əldə edilib.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş hesabat çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, Prezidentin rəhbərliyi ilə 2025-ci ildə həyata keçirilən xarici siyasət fəaliyyəti olduqca fəal və çoxşaxəli olub. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib, diplomatik nümayəndəlik şəbəkəsini genişləndirib.

Ceyhun Bayramov qeyd edib ki, sülh prosesində əldə olunan irəliləyişlərlə yanaşı, ölkənin beynəlxalq sülh və sabitliyə verdiyi töhfələr, iqtisadi əməkdaşlığın təşviqi və vasitəçilik təşəbbüsləri Azərbaycanın qlobal nüfuzunun artmasına mühüm təsir göstərib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
1
baku.ws

2Mənbələr