AZ

AMB “AtaSığorta”ya satışları dayandırmaqla bağlı göstəriş verib

“AtaSığorta” şirkətinin sığorta satışları dayandırılır.

Bu barədə "APA-Economics"ə Mərkəzi Bankdan (AMB) bildirilib. Məlumata görə, Azərbaycan Mərkəzi Bankı “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verilib. Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması Cəmiyyətə tapşırılıb.

Seçilən
38
8
apa.az

10Mənbələr