AZ

Ramil, yoxsa Renat? – Heç biri!

Son günlərdə bir neçə futbolçunun adı “Qarabağ”la hallanır. Mətbuatda davamlı hansısa oyunçunun klubdan gedəcəyi ilə yanaşı, Ağdam təmsilçisinin bir neçə futbolçuyla danışıq apardığı da iddia edilir.

Klubla son günlərdə adı hallanan futbolçulardan biri də Renat Dadaşovdur. Millimizin forvardının “Qarabağ”ın gündəmində olduğu bildirilir.

Polşanın “Motor” klubunda forma geyinən Dadaşov məşqçilər heyətinin gələcək planlarına daxil deyil. O, komandada gözləntiləri qarşılaya bilmədiyi üçün klubdan göndərilir.

Millimizin hücumçusu cari mövsüm “Motor”da 11 oyunda çıxış edib və aktivində qol yoxdur. Dadaşovun məhsuldar ötürməsi də olmayıb. Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”ın Renatla güclənəcəyi şübhə doğurur.

Bu performansa bənzər hücumçu var əslində “köhlən atlar”da – Ramil Şeydayev. Azərbaycanlı futbolçunun kluba qayıdışı heç də birmənalı qarşılanmamışdı. Narazılıqlar özünü doğrultdu.

Şeydayev “Qarabağ” forması ilə çıxdığı 6 oyunda heç nə ilə yadda qalmayıb. Görünən odur ki, nə Ramil, nə də Renat Ağdam klubunun axtardığı hücumçu deyil.

Hətta biri digərindən betərdi. Əminəm ki, bu gün azarkeşlərə “Ramil, yoxsa Renat?” sualını versək, dərhal “heç biri” cavabını verərlər.

İdmanxeber.az 

Seçilən
40
idmanxeber.az

1Mənbələr