"Turan Tovuz"un yarımmüdafiəçi Veysəl Rzayev iş yerini dəyişmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Kəpəz"ə icarəyə veriləcəyi gözlənilən 23 yaşlı futbolçu "boz qurdlar"la birdəfəlik vidalaşa da bilər.
Belə ki, onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi də gündəmdədir. Baş məşqçi Kurban Berdiyevin güvənmədiyi oyunçu hər iki halda yeni ildə Gəncə təmsilçisində olacaq.
Qeyd edək ki, cari mövsüm Misli Premyer Liqasında çıxdığı 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalan Veysəl Bizon Azərbaycan Kubokunda 2 matçda iştirak edərək 1 assistlə diqqət çəkib.
Nihat