“Mərkəzi Asiya dövlətləri ilə ali səviyyədə səfərlər olub”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Mərkəzi Asiya liderlərinin Azərbaycana son 3 ildə 23 səfəri baş tutub: “Mərkəzi Asiyada əməkdaşlıq C5-dən C6 formatına çevrilib”.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın Avropa ölkələri ilə münasibətləri milli maraqlarımıza uyğun şəkildə inkişaf edib.