AZ

Bu ölkədə məsciddə cümə namazı zamanı partlayış: ölənlər var - FOTO

Suriyanın Hüms bölgəsindəki bir məsciddə partlayış baş verib. 

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, partlayış İmam Əli məscidində cümə namazı zamanı qeydə alınıb.
Əsasən ələvilərin yaşadığı məhəllədə yerləşən məsciddə baş verən partlayış ilkin məlumatlara görə ən azı üç nəfərin ölümünə və çoxsaylı yaralanmalara səbəb olub.

"Reuters" agentliyinə danışan rəsmilər partlayışın kamikadze hücumu və ya əvvəlcədən yerləşdirilən partlayıcı maddələrdən qaynaqlana biləcəyini bildiriblər.

Yerli bir rəsmi partlayışın məscidə böyük ziyan vurduğunu bildirib.

Suriya dövlət mediası təhlükəsizlik qüvvələrinin ərazini mühasirəyə aldığını və partlayışın səbəbinin araşdırıldığını yazıb.

Billurə

Seçilən
77
2
olke.az

3Mənbələr