AZ

Kənd Təsərrüfatı nazirinin müavinləri harada təhsil alıblar?

Kənd Təsərrüfatı Nazirliyi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sektorun davamlı inkişafı və kənd yerlərinin sosial-iqtisadi potensialının gücləndirilməsi istiqamətində fəaliyyət göstərən əsas dövlət qurumlarından biridir. Bu qurum tərəfindən qəbul edilən strateji qərarların səmərəliliyi isə birbaşa idarəedici heyətin peşəkarlığı, sahə üzrə bilik və təcrübəsi, eləcə də müasir idarəetmə yanaşmalarından istifadə bacarığı ilə bağlıdır.

Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı aqrar sahədə həyata keçirilən islahatların məqsəd və mahiyyətini düzgün dəyərləndirməyə imkan verir. Bu amillər kənd təsərrüfatının idarə olunmasında, innovativ yanaşmaların tətbiqində və ölkənin aqrar siyasətinin formalaşdırılmasında mühüm rol oynayır.

AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.

Bu yazıda kənd təsərrüfatı naziri  Məcnun Məmmədovun müavinləri - İlhamə Qədimova, Elçin Zeynalov və Sarvan Cəfərovun  təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

175179

İlhamə Qədimova 1975-ci ildə anadan olub.

1992 Bakı şəhəri 183 nömrəli məktəbin fizika-riyaziyyat-informatika təmayüllü sınaq sinfini bitirib. 1992-1993Ankara Universiteti Türkcə Öyrətim Mərkəzində türk dili və hüquq türkçəsi təhsili alıb. 1993-1997Dövlətlərarası saziş əsasında Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərinin Hüquq Fakultəsində bakalavr təhsili alıb. 1998-2001Dövlət hüququ üzrə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsili alıb. 

2002-2009Dövlət vəsaiti hesabına və Prezident təqaüdü ilə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda doktorantura təhsili alıb və fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. Özəl sektorda 11 il hüquqşünas və konsultant olaraq çalışıb. 2010-2012 Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunda mütəxəssis və baş məsləhətçi olaraq fəaliyyət göstərib.

20122012-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür. 2012-2018 Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi aktların ekspertizası sektorunun müdiri və Hüquqi təminat şöbəsinin müdiri olub.

2018May-sentyabr aylarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

 Türk, rus və ingilis dillərini bilir.

175180

Elçin Zeynalov 21 sentyabrda Bakı şəhərində anadan olub.

1987-1992Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992-1995Azərbaycan Dövlət Neft Akademiyasında aspirantura üzrə təhsil alıb. 1995-2003Azərbaycan Dövlət Neft Akademiyasında elmi işçi olub. 1998Fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2003-2006Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sektor müdiri olub. 2006-2008Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru olub. 2007-2009Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb.

2008Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb. 2010-2013Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma investisiya və elmi potensial şöbəsində məsləhətçi, şöbə müdiri olub. 2014 Elmlər doktoru elmi dərəcəsi verilib.

2013-2018Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru olub. 2018-2019Azərbaycan Kənd Təsərrüfatı nazirinin müşaviri, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2019 Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan, rus, ingilis dillərini bilir.

 

175181

Sarvan Cəfərov 28 oktyabrda anadan olub.

1992-2003Bakı şəhəri, 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib.  2007-2008Hərbi xidmətdə olub.

2008-2010 Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib. 2009-2012 Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.

2012-2018 Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib. 2012-2015 Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb.

2015-2017“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb. 2020 Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır.

2018 Aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub. 2019 Noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. 2020 Mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

2020 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 

İngilis və Rus dillərini bilir.

 

Seçilən
41
azedu.az

1Mənbələr