AZ

Tarixçi: Mirzə Qədim İrəvaninin irsinin öyrənilməsi daim tədqiqat obyekti olmalıdır

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 26 dekabr, Günel Türksoy, AZƏRTAC

Mirzə Qədim İrəvaninin irsinin öyrənilməsi daimi tədqiqat obyekti olmalıdır. Sənətşünaslar və tarixçilər bu mövzunu daha dərindən araşdırmalıdırlar. Çünki Mirzə Qədim İrəvani Azərbaycanın qədim elm, mədəniyyət və memarlıq mərkəzlərindən biri sayılan İrəvan şəhərinin yetirməsidir.

Bunu AZƏRTAC-a müsahibəsində tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa deyib.

O, İrəvan şəhərinin çox sayda görkəmli şəxsiyyətlər yetişdirdiyini, Mirzə Qədim İrəvaninin də onlardan biri olduğunu xatırladıb: “Bu baxımdan Mirzə Qədim İrəvaninin irsinin araşdırılması hamının borcudur. Yəni bütün tədqiqatçıların, eyni zamanda, sənətşünasların borcudur ki, İrəvanini dünyaya Azərbaycanın dəzgah boyakarlığının banisi kimi təqdim etsinlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azertag.az

2Mənbələr