Rusiya qoşunları bir həftə ərzində 8 yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Məlumata görə, “Şimal” qrupunun bölmələri Sumı vilayətinin Vısokoe, Xarkov vilayətinin Vilça və Prilipka, “Cənub” qrupu Svyato-Pokrovskoye, “Mərkəzi” qrup Svetloe, “Şərq” qrupunun bölmələri isə Andreyevka, Zareçnoye və Kosovtsevo yaşayış məntəqələrini nəzarətə götürüblər.
Bəxtiyar CƏFƏRLİ