AZ

Kaxaber Tsxadadzeyə 4 oyunluq cəza verildi, Qarabağ və Neftçi cərimələndi

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

19.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

19.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 4000 manat cərimə edilsin (maddə 86.3);

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərər “Neftçi” komandası tərəfindən qarşılansın (maddə 86);

21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının baş məşqçisi Kaxaber Tsxadadze hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Araz-Naxçıvan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Araz-Naxçıvan” komandası 2000 manat cərimə edilsin (maddə 57.2);

22.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
2
sportal.az

3Mənbələr