“Kəpəz”in transfer etmək istədiyi futbolçu karyerasını Çində davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Rati Ardazişvilidən gedir.
Gürcüstanın yüksək liqa təmsilçisi “Qaqra” klubunda çıxış edən futbolçu Çinin “Quansi Xenqçen” klubuna transfer olunub.
Xatırladaq ki, gürcüstanlı yarımmüdafiəçi ötən mövsüm Gəncə təmsilçisində çıxış edib.
“Sarı-göylər” oyunçunu yenidən heyətə cəlb etmək istəsə də, maliyyə şərtlərində razılıq əldə edilməyib.