AZ

Gənc və yeniyetmələrdə psixoloji gərginlik nədən yaranır? ŞƏRH

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Gənc və yeniyetmələrdə psixoloji gərginlik bir sıra daxili və xarici amillərin təsiri ilə yaranır. Bu dövrdə hormonal dəyişikliklər emosional dalğalanmaları artırır və stressli olmağa aparır”.

Bu fikirləri Gununsesi.info – ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib:

“Ailə daxilində anlaşılmazlıqlar, valideyn təzyiqi və ya laqeyd münasibət yeniyetmlərdə psixoloji gərginliyinə səbəb olur. Məktəbdə və ya universitetdə dərs yükünün çoxluğu, imtahan qorxusu da gənclərdə narahatlıq yaradan əsas amillərdən biridir. Sosial şəbəkələrdə müqayisə, bəyənilmə ehtiyacı və kiberzorakılıq psixoloji təzyiqi artırır.

Özünüifadə və şəxsiyyət axtarışı prosesində yaşanan daxili ziddiyyətlər də gərginliyə səbəb ola bilər. Dost mühitində qəbul edilməmək qorxusu və tənhalıq hissi də bu vəziyyəti dərinləşdirir. Gələcəklə bağlı qeyri-müəyyənlik və uğursuzluq qorxusu gənclərin psixikasına mənfi təsir göstərir. Yaxşı olar ki, vaxtında psixoloji dəstək alınsın”.

Firuzə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
icma.az

1Mənbələr