AZ

Nazir: BMT ilə əlaqələr dinamik şəkildə davam etdirilir

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlıq münasibətləri qarşılıqlı maraqlar və milli prioritetlər çərçivəsində dinamik şəkildə davam edir. İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edərək çıxış edib, həmçinin çoxsaylı ikitərəfli görüşlər keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilirən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 24 oktyabr tarixində BMT ilə Azərbaycan Respublikası hökuməti arasında 2026-2030-cu illər üçün dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

Onun sözlərinə görə, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əməkdaşlığa xüsusi önəm verir. 7 dekabr tarixində keçirilən Zirvə görüşü çərçivəsində təşkilatın bir sıra mühüm sənədləri Azərbaycan tərəfindən qəbul olunub:

“Toplantının yekununda dövlət və hökumət başçıları tərəfindən qəbul edilən sənədlər Türk dünyasının ümumi maraqlarına təsir imkanlarını gücləndirib, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edən bir sıra operativ qərarların qəbuluna şərait yaradıb”.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
bakivaxti.az

1Mənbələr