AZ

Ceyhun Bayramov: Azərbaycan–Suriya münasibətlərində 13 ildən sonra ciddi irəliləyiş əldə olunub

BAKI, 26 dekabr. TELEQRAF

Bir müddət əvvəl Suriyada baş verən hadisələrdən sonra Azərbaycanla münasibətlərdə böyük irəliləyiş qeydə alınıb.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Azərbaycan tərəfi keçmiş Suriya Prezidenti Bəşər Əsədin hökuməti ilə heç bir əlaqəyə malik olmayıb, çünki Dəməşq əvvəllər Azərbaycanla dost olmayan addımlar atıb. Lakin 13 ildən sonra əlaqələr yenidən bərpa olunub, Prezidentin tapşırığı ilə Suriyaya humanitar yardım göndərilib və hazırda iki ölkə arasındakı münasibətlər inkişaf edir”,- o qeyd edib.

Seçilən
53
teleqraf.com

1Mənbələr