AZ

Suriyada çevriliş təhlükəsi: Əsədin generalları üsyan planlaşdırır

ABŞ mediası Suriyada devrilmiş rejimin bəzi yüksək vəzifəli məmurlarının silahlı üsyan hazırladığını iddia edib.

Publika.az xəbər verir ki, "The New York Times" (NYT) qəzeti bununla bağlı "Devrilmiş və sürgündə olan generallar gizlicə Suriyada üsyan planlaşdırırlar" başlıqlı təhlil dərc edib.

Təhlildə Bəşər Əsədin generallarının Suriyada üsyan və yeni hökuməti sarsıtmağı planlaşdırdığı qeyd olunub. İddiaya görə, Suriyanın Dördüncü Diviziyasının keçmiş yüksək vəzifəli komandiri, 54 yaşlı Qiyas Dalla aprel ayında Livandan edilən telefon danışığında tərəfdaşlarına "Tam silahlanana qədər başlamayacağıq" deyib. Bu prosesdə iştirak edən iki əsas fiqurun Əsədin keçmiş xüsusi təyinatlı qüvvələrinin komandiri Süheyl Həsən və keçmiş hərbi kəşfiyyat rəisi Kamal Həsən olduğu bildirilir.

Bu şəxslərin Moskvada sürgündə olmalarına və beynəlxalq sanksiyalarla üzləşmələrinə baxmayaraq səyahət etdikləri və əməkdaşlarla görüşdükləri bildirilir.

Seçilən
36
publika.az

1Mənbələr