Bakı. Trend:
Humanitar məsələlərin siyasiləşdirilməsi Azərbaycana qarşıaparılan yeni siyasət deyil.
Trend xəbərverir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ciilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bir tərəfdən siyasi təzyiq elementi kimiistifadə edilməsi cəhdlərinin, ikili standartların şahidiolmuşuq:
"2023-ci ildə Azərbaycan antiterror əməliyyatı keçirildi.
Bundan dərhal sonra əlavə təzyiqlər gördük. Bir neçə ay sonra daAvropa Parlamenyində azərbaycan nümayəndə heyətinin fəaliyyətinəson verildi".
Onun sözlərinə görə, Avropa Parlamenti və digər təsisatlar nəqədər yanlış addım atdıqlarının fərqindədirlər. Ölkəmizlə bu dillədanışmaq olmaz. Biz hər zaman dialoqa hazırıq. Heç bir təzyiq bizətəsir edə bilməz.
"Bu gün Bakıda məhkəmə qarşısında cavab verən David Babayan Qərbpaytaxtlqrı tərəfindən həmin ölkələri rahat gəzməsi üçün 10 illikviza verilib. Heç kim tərəfindən tanınmamış bir təsisatın“rəhbər”inə Qərb belə bir səlahiyyət vermişdi. Müraciət edənlərbilir ki, Qərb ölkələrinə visa almaq necə çətindi. Burada qeyriqanuni təsisatın rəhbərinə 10 illik visa verildi", - ovurğulayıb.