AZ

“Aloe vera” içkisində ASETON AŞKARLANDI – Yoxlamalar BAŞLADI

Moskvada “Aloe vera” içkisində aseton aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, Moskvadakı “Maqnit” mağazasının əməkdaşları “Aloe vera” içkisinin dörd şüşəsində aseton aşkar ediblər. Bu fakt bütün partiyanın açılıb yoxlanılması zamanı üzə çıxıb.

Bildirilir ki, üzərində həmin tarix qeyd olunan şüşələr dərhal piştaxtalardan yığışdırılıb. Lakin başqa tarixli məhsulların hələ də rəflərdə qaldığı qeyd olunur. Mağazaya yoxlama aparmaq üçün polis əməkdaşları gəlib.

Xatırladaq ki, bundan əvvəl alıcıların sözlərinə görə, bir uşaq həmin şüşədən içki içərək qırtlağını yandırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr