AZ

Buzlu yol Gədəbəydə QƏZAYA səbəb oldu – Xəsarət alanlar var

Gədəbəydə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan "Mercedes" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.
 

Qəza zamanı 1957-ci il təvəllüdlü Q.Zayısev və 1993-cü il təvəllüdlü N.Ələsov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. 


Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. İlkin versiyaya görə, hadisənin baş verməsinə səbəb yolun buz bağlaması və sürüşkən olması olub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
7
1
bizim.media

2Mənbələr