AZ

"Seriallar və sosial şəbəkələr bunu təbliğ edir" - Deputat TƏNQİD ETDİ

"Son vaxtlar gənclər, qadınlar arasında siqaretə, xüsusən elektron siqaretə meyil göstərilməsi və elektron siqaretdən istifadə edənlərin sayının artması təəssüf doğurur. Bu vərdişlər ağciyərin sıradan çıxmasın, baş beyinin zədələnməsinə səbəb olmaqla yanaşı, insanların ömrünü qısaldır. Səbəbsiz deyil ki, artıq 46 ölkədə elektron siqaret qadağan olunub. Biz də son iclaslarımızda bunu gündəmə gətirdik".  Bunu Ajans.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, bu vərdişlərə meyillənən şəxslərin maarifləndirilməsinə ehtiyac var: "Spirtli içkilərə, siqaretə meyillilik bir çox seriallardan və sosial şəbəkələrdən qaynaqlanır. Bir çox hallarda biz şahidi oluruq ki, neqativ vərdişlər təbliğ edilir, bu, yolverilməzdir.

Əgər bir vərdiş bizim həm sağlamlığımıza, həm də ailə büdcəmizə zərərdirsə, ondan əl çəkmək zəruridir. Bu, həm də başqalarının sağlamlığına təsir göstərir. Bu qadağalarda hamı iştirak etməlidir, bunu tək bir qurumun üstünə atmaq doğru olmaz".

Seçilən
38
Ajans.az

1Mənbələr