AZ

Bakıda “Rus evi” yenidən açılır? Rəsmi cavab

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Rus evi” uzun müddət ərzində qeydiyyatsız fəaliyyət göstərib”.

Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair konfransda çıxışı zamanı deyib.

“Hələ 2025-ci ilin fevral ayında xəbərdarlıq edilmişdi ki, qanunlara riayət etməklə fəaliyyət göstərə bilərlər. Amma orada bir sıra pozuntu olduğu üçün bağlanması barədə qərar qəbul olundu”, – deyə nazir bildirib.

C.Bayramov qeyd edib ki, “Rus evi”nin fəaliyyət göstərməsi üçün həmin ölkənin qanunlarına hörmət şərtdir:

“Bu məsələlərdə hər bir ölkənin daxili qanunvericiliyinə hörmət vacibdir. Ən son təmaslar bir neçə həftə əvvəl olub. Rusiya tərəfindən ləğvetmə ilə bağlı yarımçıq qalan məsələlər var idi. Moskvadan ləğvedicilər təyin edilmişdilər. Onlar Azərbaycana gəldilər və orada hər hansı yarımçıq məsəsələr qalmadı. Bununla qurumun fəaliyyəti tam başa çatdırıldı”.

Zaira Akifqızı

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
globalinfo.az

1Mənbələr