BAKI, 26 dekabr. TELEQRAF
"907-ci düzəliş tam ləğv edilməsinə nikbin baxırıq".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2025-ci il Azərbaycan-ABŞ münasibətləri üçün çox məhsuldar və zəngin il olub:
“8 avqust tarixində 907-ci düzəlişin dayandırılması barədə sənəd imzalanıb. Bunun qəbul edilməsi ədalətsizlik idi və heç bir əsası yox idi.
907-ci düzəlişin tam ləğv edilməsi ABŞ-Azərbaycan münasibətlərində yeni imkanların yaranmasına yol açacaq. Biz bu düzəlişin tam aradan qaldırılmasına nikbin baxırıq.