AZ

Daha bir qalmaqallı hakim Rəfael Sadıxovun səlahiyyətinə xitam verildi

Məhkəmə- Hüquq Şurası daha bir qalmaqallı hakimin səlahiyyətinə xitam verib.

Bu barədə Gununsesi.info-ya Məhkəmə-Hüquq Şurasındakı mənbə bildirib.

Məlumata görə, bu, Xətai Rayon Məhkəməsinin hakimi Rəfael Sadıxovdur.

Qeyd edək ki, Rəfael Sadıxov bir neçə jurnalistin barəsində həbs-qətimkan tədbiri seçən hakim kimi xatırlanır.

Onun ən sonuncu qərarı isə keçmiş vəkil Namizəd Səfərovla bağlı olub.

Belə ki, Rəfael Sadıxov keçmiş vəkil barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

 

Firuzə Mahmudova


Seçilən
12
azia.az

1Mənbələr