AZ

Kiyevdə zabiti öldürmək istəyən killer saxlanıldı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə Baş Kəşfiyyat İdarəsinin zabitinə qarşı sui-qəsd planlaşdıran şəxsi saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən ələ alınmış Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşıdır.

Bildirilib ki, killer Ukraynaya turist adı altında gəlib. Ona əlaqə üçün telefon və SİM-kartlar verilib, Kiyevdə isə hədəf və silahın yeri barədə tapşırıq alıb. Həmin şəxs anında saxlanılıb. Ondan silah və FTX ilə əlaqələri təsdiqləyən materiallar götürülüb.

Qətl qarşılığında ona 50 min dollar və AB-də yaşamaq hüququ vəd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
axar.az

1Mənbələr