AZ

AMB-nin “AtaSığorta” ilə bağlı məcburi göstəriş qərarı müvəqqəti xarakter daşıyır

“AtaSığorta” şirkətinin sığorta satışları dayandırılır.

Bu barədə FED.az-a Mərkəzi Bankdan (AMB) bildirilib.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə şirkətə icrası məcburi olan göstəriş verilib.

Göstərişə əsasən “AtaSığorta” ASC-ə yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması tapşırılıb.

"AtaSığorta" şirkətindən bildirilib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən verilən məcburi göstəriş müvəqqəti xarakter daşıyır. 

Seçilən
64
8
fed.az

10Mənbələr