AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadzeni cəzalandırıb.
Publika.az xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ”la oyununda (1:2) gürcü mütəxəssisin hakimləri təhqir etməsi olub. Komitə Tsxadadzeni 4 oyunluq cəzalandırılıb. Bu hadisəyə görə “Qəbələ” 10000 manat cərimə edilib.
Həmin oyunda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam klubu 5000 manat cərimə olunub.
Bundan əlavə, 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilib.