Azərbaycan-Rusiya arasında izlənilən son gərginlik AZAL təyyarəsinin vurulması və bunun ətrafında baş verən proseslərlə bağlı idi.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bunun Rusiya-Ukrayna müharibəsi ilə əlaqəsi olmayıb.
C.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun aydın və sistemli çərçivəsi var:
"Bunların sırasında özümüzə yaxın ölkələrə münasibətlə digərləri arasında fərq var. Burada beynəlxalq hüquq, ədalət mövqeyindən Azərbaycanın mövqeyi həmişə aydın olub. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşı qoruya saxlaya bilib. Azərbaycan həmişə beynəlxalq hüququn tərəfində olub, Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib. Azərbaycanın ədalətli mövqeyini qarşı tərəf anlayışla qəbul edir".
Bu il ərzində Rusiya ilə münasibətlərdə gərginlik olmasına baxmayaq, müəyyən dialoqlar olub.
"Far.Az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatında deyib.
"Bu il ərzində Rusiya ilə münasibətlərdə gərginlik olmasına baxmayaraq, müəyyən dialoqlar olub. Düşənbə görüşü iki dövlət arasında gərginliyin yumşalmasında əhəmiyyətli rola malik olub", - nazir vurğulayıb.
O, həmçinin Türkiyə, Gürcüstan və İranla intensiv təmasların davam etdiyini deyib:
"Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən üç, Ərdoğan tərəfindən isə ölkəmizə dörd işgüzar səfər olub".
C.Bayramov əlavə edib ki, bu il Azərbaycanın iki və çoxtərəfli əməkdaşlıqları ölkənin inkişafına böyük təkan verib.
XİN başçısının sözlərinə görə, il ərzində Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 14 səfəri reallaşıb:
"Həmçinin Mərkəzi Asiya ölkələri rəhbərlərinin Azərbaycana səfərləri baş tutub".