AZ

XİN: Sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP üzrə öhdəliklərin icrası mütləqdir - YENİLƏNİB

Hazırda ABŞ-dən TRİPP layihəsi ilə məşğul olan nümayəndələr Ermənistanda danışıqlar aparır.

"Far.Az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O layihənin olduqca önəmli olduğuna diqqət çəkib:

"Azərbaycanın Naxçıvan MR ilə əlaqəsinin yaradılması hələ 2020-ci ildəki razılaşmada var idi, lakin bu illər ərzində Ermənistan heç bir addım atmamışdı. Azərbaycan dərhal öz ərazisində işlərə başlamışdı və o işlər artıq demək olar başa çatıb. Ermənistan isə öz ərazisində iş görməmişdi. Bunun səbəbini mən qiymətləndirə bilmərəm, bu, ölkədaxili səbəb də ola bilər, kənar da. Lakin fakt ortadadır ki, bu illər ərazində heç bir iş görülmədi".

Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

O qeyd edib ki, tərəflər arasında birbaşa təmaslar olub:

"Etimad quruculuğu istiqamətində vətəndaş cəmiyyəti nümayəndələri arasında hər iki ölkədə görüş keçirilib. Noyabrda Qəbələ şəhərində Azərbaycan və Ermənistan tərəfləri arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş keçirilib. Buna qədər yanvar və fevralda bu kontekstdə onlayn formatda görüşlər keçirilib. Həmçinin, Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılmasına icazə verilib. Ancaq yekun sülh sazişi üçün qeyd etdiyimiz tələblərin icrası vacibdir".

Nazir vurğulayıb ki, cari ildə regionda dayanıqlı sülhün bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında prosesin normallaşması mühüm irəliləyişdir.

Onun sözlərinə görə, Vaşinqton sammiti bu prosesə mühüm töhfə verib.

Seçilən
41
8
far.az

9Mənbələr