AZ

Gürcüstanda dövlət çevrilişinə cəhd edən heç kimi bağışlamayacağıq - Kaxa Kaladze

Tbilisi, 26 dekabr, AZƏRTAC

Gürcüstanda dövlət çevrilişinə cəhd edən heç kim bağışlanmayacaq, cinayət törətmiş hər kəs məsuliyyətə cəlb olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, ölkədə inqilablar və dövlət çevrilişləri təşkil etmək cəhdlərini heç kim bağışlamayacaq. Cinayət törətmiş hər kəs məsuliyyət daşıyır. Onun sözlərinə görə, oktyabrın 4-də seçkilərdən sonra bir neçə ay ərzində bəzi insanların, zorakı qrupların dövlət çevrilişi etməyi planlaşdırdığı barədə kampaniya gedirdi. Onlar buna başladılar, lakin müvafiq dövlət qurumları qanunauyğun hərəkət edərək dövlət çevrilişi cəhdinin qarşısını aldılar. Bu istiqamətdə araşdırma başlanıb, bir çox insan həbs olunub. Dünən isə sabiq müdafiə naziri Baço Axalaya həbs edilib.

"Ümumiyyətlə, biz ölkədə inqilablar və çevrilişlər təşkil etmək cəhdlərinə görə heç kimi bağışlamırıq və heç kim bağışlanmayacaq. Bu istiqamətdə bir çox açıqlamalara baxmayaraq, onlar düşündükləri kimi davrandılar. Çevriliş cəhdi ilə bağlı cinayət törətmiş hər kəs məsuliyyətə cəlb olunacaq", - deyə Kaladze qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
32
1
azertag.az

2Mənbələr