AZ

Azərbaycan beynəlxalq hüquqa yanaşmasında prinsipial mövqeyindən heç vaxt çəkilməyib - Ceyhun Bayramov

Azərbaycan eyni zamanda, dünya ölkələri arasında İsraillə yaxşı münasibətləri olan ölkələrdəndir. Lakin bu o demək deyil ki, Azərbaycan beynəlxalq hüquqla bağlı mövqeyindən geri çəkilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazirin sözlərinnə görə, Fələstin məsələsi İslam və xüsusilə Ərəb dövlətləri liqasının aparıcı ölkələri üçün əhəmiyyətlidir.

 

"Azərbaycanı bu ölkələrin hər biriylə yaxşı münasibətləri var. Azərbaycan beynəlxalq hüquqa yanaşmasında prisnsipial mövqelərdən heç vaxt çəkilməyib. İsraillə münasibətlər də qarşılıqlı fayda və hörmət əsasında qurulub. Rusiya-Ukrayna, Fələstin-İsrail qarşıdurmasında tərəflər arasında münasibətləri qoruyub saxlayan azsaylı unikal ölkələrdən biridir".

Ceyhun Bayramov qeyd edib ki, belə bir siyasəti həyata keçirmək sadə deyil.

"Belə olsaydı çox ölkələr bunu edib nəticə əldə edərdi", o, əlavə edib.

Seçilən
16
2
day.az

3Mənbələr