AZ

Sumqayıtda Banu şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı, sahibi cərimələndi

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sumqayıt şəhərində 4-cü mikrorayon, C.Cabbarlı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Süleymanova Təranə Saleh qızına məxsus "Banu" şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib:

"Belə ki, kremli qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən saxlanıldığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal sahəsində döşəmə və divarların asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub".

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
8
baku.ws

9Mənbələr