AZ

Peskov: Rusiya və ABŞ dialoqu davam etdirməyə razılıq veriblər

Rusiya Prezidenti Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Ukrayna ilə bağlı sülh planı çərçivəsində ABŞ Prezidenti Donald Tramp administrasiyasının bir neçə üzvü ilə telefon danışığı aparıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, danışıqların təfərrüatları açıqlanmır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə Rusiya və ABŞ administrasiyaları arasında yeni təmasların baş verdiyini təsdiqləsə də, danışıqların məzmunu barədə məlumat verməkdən imtina edib.

“Bunu sizə deyə bilmərəm,” – Kremlin nümayəndəsi sualı cavablandırarkən bildirib. – “Telefon əlaqəsi olub və dialoqun davam etdirilməsi barədə qərar qəbul edilib. Bizim açıqlaya biləcəyimiz yeganə məlumat bundan ibarətdir.”

Peskov əlavə edib ki, bu mərhələdə danışıqlara dair məlumatların açıqlanması prosesə mənfi təsir göstərə bilər. O, bu fikri xüsusi nümayəndə Kirill Dmitrievin Mayamidə keçirilmiş görüşdən sonra ABŞ-dan gətirilən sənədin qiymətləndirilməsi ilə bağlı suala münasibət bildirərkən səsləndirib.

Mətbuat katibi daha əvvəl qeyd etmişdi ki, Prezident Vladimir Putinin tapşırığı ilə Dmitrievin Mayamiyə səfərinin nəticələrinə əsasən Rusiya və ABŞ nümayəndələri arasında əlaqələr qurulub və tərəflər Ukrayna məsələsində dialoqu davam etdirməyə razılıq veriblər.

Seçilən
32
3
apa.az

4Mənbələr