Son iki gündə Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə 200-dən çox raket və İran istehsalı olan “Shahed” pilotsuz uçuş aparatları ilə intensiv hava zərbələri endirib.
Vətəninfo.az xəbər verir ki, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında yayılan məlumata görə, dünənki hücum zamanı 131 raket və dronun 106-ı İran istehsalı olan “Shahed-136/131” dronları məhv edilib.
Bu gün isə, 100 müxtəlif tipli raket və dronla edilən hücumlarda 73 ədəd “Shahed” pilotsuz uçuş aparatı vurulub.
Hücumların məqsədi Ukraynanın mülki infrastrukturu və hərbi obyektlərini hədəf almaq olub. Dağıntılar nəticəsində bir neçə şəhərdə elektrik və su təchizatı kəsilib.