AZ

Rusiya Türkiyəyə 9 milyard dollar ayırdı

Rusiya Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"nun tikinti layihəsinin maliyyələşdirilməsi üçün 9 milyard dollar ayırıb.

Milli.Az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraqdar deyib.

O bildirib ki, Ankara zavodun 2026-cı ildə fəaliyyətə başlamasını gözləyir:

"Bu vəsaitin 2026-2027-ci illərdə istifadə olunacağı ehtimal olunur. Bu məbləğin ən azı 4-5 milyard dolları 2026-cı ildə xarici maliyyələşdirməyə ayrılacaq".

Milli.Az

Seçilən
8
milli.az

1Mənbələr