AZ

Nobel mükafatçısının ən qısa çıxışı: 10 dəqiqə dayanmadan alqışlanıb

ain.az, Lent az saytına istinadən bildirir.

Nobel mükafatlarının tarixi onlarla parlaq çıxışı xatırlayır. Lakin bəzən məhz qısa nitqlər uzun çıxışlardan daha güclü yadda qalır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, akademik Andrey Saxarov 1975-ci ildə mərasimdə şəxsən iştirak edə bilməmişdi. Onun Osloda hazırladığı nitqi Yelena Bonner oxuyub və bu çıxış cəmi bir neçə dəqiqə davam edib.

Qısa olmasına baxmayaraq, zal onu on dəqiqə ərzində çıxışı alqışlayıb. Fikir, vicdan azadlığı və insan hüquqları ilə bağlı səslənən sözlər dövrün manifesti kimi qəbul olunub.

Saxarov bildirirdi ki, cəmiyyətin açıq olmaması şəraitində tərəqqi mümkün deyil. Onun mövqeyi demokratiya uğrunda mübarizənin simvoluna çevrilib.

Bu qısa nitq uzun məruzələrdən daha təsirli olub. O, həqiqətin bəzək-düzəyə ehtiyac duymadığını xatırladıb. Zaldakı alqışlar auditoriyanın əsas məqamı anladığının sübutu olub. İnsanlar formaya deyil, məzmuna reaksiya veriblər.

Bu gün həmin çıxış lakonikliyin pafosdan daha güclü ola biləcəyinin nümunəsi kimi sitat gətirilir. Məhz buna görə də o, Nobel mərasimlərinin tarixinə daxil olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
lent.az

1Mənbələr