AZ

Usman Dembele bütün rəqiblərini qabaqladı

Nüfuzlu "L'Équipe" nəşri Fransada 2025-ci ilin ən yaxşı idmançılarının reytinqini təqdim edib.

Fanat.Az xəbər verir ki, 1-ci pillədə "Qızıl top" mükafatının son qalibi, PSJ-nin vingeri Usman Dembele mövqe tutub.

Fransada 2025-ci ilin ən yaxşı idmançılarının reytinqi:

1. Usman Dembele (futbol), 803 xal;
2. Leon Marşan (üzgüçülük), 661 xal;
3. Çarli Dalin (yelkən idmanı), 380 xal;
4. Cimmi Qressye (yüngül atletika), 369 xal;
5. Maksim Qrusse (üzgüçülük), 232 xal;
6. Lui Byel-Biarri (reqbi), 215 xal;
7. Tomas Ramos (reqbi), 83 xal;
8. Sebastyen Ojye (ralli), 82 xal;
9. Dezire Due (futbol), 71 xal;
10. Joan-Benjamen Qaba (cüdo), 68 xal.

Seçilən
30
3
fanat.az

4Mənbələr