AZ

8 saata 7 milyon dollar OĞURLANDI – “Trust Wallet” istifadəçiləri ŞOKDA

“Trust Wallet” istifadəçilərindən milyonlarla dollar oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb .Hakerlər 8 saat ərzində 7 milyon dolları ələ keçiriblər, şirkət daxilindən kömək olduğu ehtimal edilir.

Məlumata görə, populyar “Trust Wallet” kriptovalyuta cüzdanının istifadəçiləri kiberhücuma məruz qalıblar. Hakerlər platformanı sındıraraq vəsaitləri kənar cüzdanlara köçürməyə başlayıblar.

Bildirilir ki, cəmi səkkiz saat ərzində cinayətkarlar ümumilikdə 7 milyon dollar (təxminən 11,9 milyon manat) məbləğində kriptovalyutanı oğurlamağa müvəffəq olublar.

Ekspertlər hesab edirlər ki, fırıldaqçılar brauzer üçün nəzərdə tutulan cüzdan genişlənməsinin (extension) versiyasını saxtası ilə əvəzləyərək bir çox hesablara giriş əldə ediblər.

Həmçinin, bu maxinasiyada şirkət əməkdaşlarının da iştirak edə biləcəyi versiyası istisna edilmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr