Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Türkiyə Ermənistanla münasibətlərində hərəkətləri Azərbaycanla yaxından əlaqələndirir.
Far.Az xəbər verir ki, nazir bu açıqlamanı ilin yekunlarına həsr olunmuş hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən verib.
C.Bayramov vurğulayıb ki, Türkiyə Azərbaycan üçün həm qardaş, həm də etibarlı müttəfiqdir:
"Bu əlaqələrin bənzəri yoxdur. Onların əsasını tarixi bağlar, dostluq və qardaşlıq təşkil edir. Türkiyə xüsusilə Azərbaycan üçün böyük önəm daşıyan Azərbaycan-Ermənistan münasibətlərinə həssaslıqla yanaşır," – deyə nazir qeyd edib.