AZ

Tramp və Putin Fransa mediasının GÜNDƏMİNDƏ

Ajans.az Ouest-France qəzetinə istinadən xəbər verir ki,bu nəticə presedentsizdir. “Tədqiqatın 2013-cü ildə başlanmasından bəri ilk dəfədir ki, hazırkı Fransa prezidenti ölkə mediasında ən çox xatırlanan şəxs deyil. Emmanuel Makron Donald Trampa liderliyi verib”, – deyə Ouest-France qeyd edir. Məlumata əsasən, Donald Trampın adı Fransa mediasında 947 mindən çox materialda çəkilib və o, saatda orta hesabla 113 dəfə xatırlanıb. Vladimir Putin isə Fransa xəbər gündəmində ən çox xatırlanan beş fiqurdan biri olub. Fransa Prezidenti Emmanuel Makron 871 mindən çox xatırlanma ilə ikinci yeri tutub. Qəzet vurğulayır ki, Makron bu statistik göstəricilərin aparıldığı son 12 il ərzində ilk dəfə lider mövqeyini itirib. Reytinqin ilk beşliyinə, həmçinin Fransanın keçmiş baş naziri Fransua Bayru və keçmiş daxili işlər naziri Bruno Reytallo daxil olub. Hazırkı baş nazir Sebastyan Lekornu isə altıncı yerdə qərarlaşıb. Fransa media məkanında ən çox xatırlanan 30 şəxs arasında amerikalı sahibkar İlon Mask (11-ci yer), Fransa milli futbol komandasının kapitanı Kilijan Mbappe (13-cü yer) və fransız müğənni Santa (19-cu yer) də yer alıb. Tagaday analitikləri bildirirlər ki, reytinq bütün media növlərini – xəbər materialları, rəy yazıları, müsahibələr və əyləncə məzmununu – əhatə edən geniş monitorinq əsasında tərtib olunub.

 

Seçilən
46
Ajans.az

1Mənbələr