AZ

Ceyhun Bayramov: Bəzi güc mərkəzləri TDT-yə qıcıqla yanaşır

TDT çərçivəsində əlaqələrin daha da inkişaf etməsi üçün Katiblik gücləndiriıməlidir.

Modern.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı xarici işlər naziri Cehyun Bayramov bildirib.
“Son illər ərzində Türk Dövlətləri Təşkilatı ilə əlaqələr daha da genişlənib. TDT-yə müxtəlif ölkələr tərəfindən maraq artıb".

Nazir qardaş Türkiyənin TDT-dəki rolunu xüsusən qeyd edib.

"Azərbaycan 15 il əvvəlkindən fərqlənir. İndi ölkəmiz fərqli resurslarla dünyaya açılmış ölkədir, qlobal və regional məsələrə təsiri var. Bir ölkəni çıxmaqla türk dövlətləri TDT üzvüdür. Eyni zamanda bəzi güc mərkəzləri təşkilata qıcıqla yanaşırlar. Bunun əsası yoxdur. TDT-nin niyyəti ondan ibarətdir ki, əlaqələr daha da genişlənməli və bütün sahələri əhatə etməlidir. Üzv ölkələrin buna potensialı var", - nazir deyib.

Seçilən
5
modern.az

1Mənbələr