AZ

BDU-nun gənc əməkdaşı İtaliyanın Bari Aldo Moro Universitetində tədqiqat aparacaq

Bakı, 26 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının laborantı Günel Əliyeva “COST Action” proqramı çərçivəsində İtaliyanın Bari Aldo Moro Universitetinin professoru Vito Capriatinin rəhbərlik etdiyi laboratoriyada elmi tədqiqat aparacaq.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

O, bu proqram çərçivəsində elan olunmuş qısamüddətli elmi missiya üzrə qrant proqramının qalibi olub.

Layihənin məqsədi su və “dərin evtektik həlledici” kimi ekoloji təmiz mühitlərdə azot tərkibli heterotsiklik birləşmələrin sintezini həyata keçirmək, alınan nəticələri ənənəvi üzvi həlledicilərlə aparılan reaksiyalarla müqayisə etmək və yaşıl kimya göstəricilərinə görə qiymətləndirməkdir.

 

Seçilən
82
1
azertag.az

2Mənbələr