AZ

BDU da gələn il üzrə iş planı təsdiq edilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının 2025-ci ildə son iclası keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, iclasda 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) təşkili haqqında məsələ müzakirə olunub və qərar qəbul edilib.

Sonra BDU Elmi şurasının 2025-ci il üzrə fəaliyyət hesabatı dinlənilib və 2026-cı il üzrə iş planı təsdiq edilib. 2026-cı ildə BDU-da keçiriləcək elmi tədbirlər haqqında müzakirələr aparılıb.

Sonda cari məsələlərə baxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
azertag.az

1Mənbələr