AZ

XİN başçısı: “Bəzi güc mərkəzləri TDT-nin genişlənməsindən qıçıqlanır”

“Türk Dövlətləri Təşkilatı (TDT) kontekstində əməkdaşlıq genişlənib, təşkilatın işinə maraq əhəmiyyətli şəkildə artıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Nazirin fikrincə, bunun əsas səbəbi təşkilat üzvlərinin beynəlxaq çəkisi ilə bağlıdır: “Türkiyə təşkilatın lider ölkəsidir. Azərbaycan qlobal proseslərə təsiri olan dövlətdir, söz sahibidir. Həm pozitiv mənada maraq artıb, təşkilata üzvlüklə bağlı müraciətlər, əməkdaşlıq istəkləri olur. Eyni zamanda görürük bütün bunlar bəzi güc mərkəzlərində qıcıq yaradır”.

XİN başçısının sözlərinə görə, TDT çərçivəsində indiyədək 35 sənəd imzalanıb: “Azərbaycan ərazisində 2 təlimdə Türkiyə hərbçiləri iştirak edib. Azərbaycanın TDT çırçivəsində hərbi təlimlərin və təhlükəzisilik sahəsində əməkdaşlığın inkişaında maraqlıdlr. Bu tədbirlər başqa dövlətləri narahat etməməlidir.

Təşkilatın katibliyinin fəaliyyəti 2026-da daha da gücləndiriləcək və genişlənəcək. Çünki katibliyin hazirkı fəaliyyəti illər öncə qarşısına qoydu məqsədlərə uyğundur. Artıq TDT-nin nüfuzu artıb və daha böyük hədəfləri var”.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
34
yenisabah.az

1Mənbələr