AZ

Şəhid ailələri və qazilərlə bağlı layihələr davam etdirilir - AÇIQLAMA

"2025-ci ildə Xankəndi şəhərində keçirilmiş tədbir həm mənəvi, həm psixoloji, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb etdi. Bu hadisələr Prezident İlham Əliyevin diqqət və dəstəyini göstərir. Azərbaycanın türk ailəsi daxilində və dövlət təşkilatları tərəfindən bu istiqamətdə atılan addımlar tarixə yazılmışdır".

Bu fikirləri Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, təşkilat 2025-ci ildə bir çox tədbirlər həyata keçirdi, xüsusilə Zəfərin beşilliyi ilə bağlı qəhrəman tariximizin gənc nəsillər arasında təbliği üçün önəmli layihələr aparıldı:

"Əlil və müharibə əlilləri, şəhid ailələri, qazilər və müharibə veteranları ilə bağlı tədbirlər təşkil olundu. Bu il Tərtər, Bərdə, Yevlax və Bakı şəhərlərində layihələr həyata keçirildi və gələn il də davam etdiriləcək".

Seçilən
28
qht.az

1Mənbələr