İki iranlı oyunçusu ilə yollarını ayırmaq məcburiyyətində qalan "Neftçi" onları bir legionerlə əvəzləyəcək.
Bunu Fanat.Az-a futzal klubunun baş məşqçisi Fuad Rzayev deyib.
"Ağ-qaralar" braziliyalı oyunçu ilə anlaşıblar. Söhbət sonuncu klubu "San Lorenso" olan Vinisius adlı futzalçıdan gedir:
"Vinisius yanvarın 10-12-si aralığında Azərbaycana gələcək. Artıq sənədləşmə işini həll etmişik, biletini də sifariş vermişik".
Qeyd edək ki, 10 oyunda 25 xal toplayan "Neftçi" Yüksəl Liqanın turnir cədvəlində "Araz-Naxçıvan"la 1-2-ci yerləri bölüşür.
Mirağa