Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya Ukraynanın öz ərazilərində referendum keçirməsi üçün sülh razılaşması əldə olunana qədər atəşkəsə razılıq verib.Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, bunu “Axios” nəşri mənbələrə istinadən yazıb.Nəşrin iddiasına görə, bir gün əvvəl ABŞ Prezidentinin elçisi Stiven Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner həm Ukrayna, həm də Rusiya nümayəndələri ilə görüşlər keçiriblər.Rusiya tərəfini danışıqlarda Prezidentin köməkçisi Yuri Uşakovun təmsil etdiyi bildirilir.Hər iki ölkənin rəsmiləri müqavilənin əksər parametrləri, o cümlədən Ukraynanın ABŞ və Avropadan alacağı təhlükəsizlik zəmanətlərinə razılaşıb.ABŞ-nin yüksək vəzifəli rəsmisi təsdiqləyib ki, ABŞ NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanəti sənədini təsdiq üçün Senata təqdim etməyə hazırdır. Əsas maneə Rusiyanın istənilən razılaşma çərçivəsində Donbasın bütün ərazisi üzərində nəzarət tələbidir.Mənbənin məlumatına görə, yekun razılaşma imzalanmazdan əvvəl atəşkəsə qarşı çıxan ruslar referendumun keçirilməsinə imkan vermək üçün atəşkəsə razılıq veriblər. Ukrayna 60 günlük atəşkəsdə israr etsə də, Rusiya daha qısa müddətə razılaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.