AZ

Özbəkistan tarixdə ilk dəfə kosmosa peyk BURAXACAQ

Özbəkistan tarixdə ilk dəfə kosmosa peyk buraxacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bəyan edib. Şavkat Mirziyoyev ölkənin ilk kosmonavtının hazırlığına başlanıldığını bildirib.

Məlumata görə, Özbəkistan dövlət başçısı ölkəsinin ilk süni peykini orbitə buraxacağını elan edib. Bundan əlavə, respublikada ilk özbək kosmonavtının uçuşa hazırlıq mərhələsinə start verildiyi açıqlanıb.

Prezident xalqa müraciətində deyib:

“Bu gün sizə daha bir vacib xəbəri çatdırmaq istəyirəm. Müstəqil Özbəkistan tarixində ilk dəfə olaraq biz kosmosa süni peykin və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtının göndərilməsi üzrə işlərə başlamışıq”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr