AZ

Ermənistanın mövqeyi ondan ibarətdir ki, TRIPP üzrə inşa ediləcək dəmir yolunun Rusiyaya aidiyyəti olmayacaq - Nazir

Ümid edirəm ki, Ermənistan TRIPP layihəsi üzrə öhdəliklər götürəndə, yəqin ki, dəmiryol sisteminin Rusiya nəzarətində olmasını nəzərə alıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Ermənistanın mövqeyi ondan ibarətdir ki, TRIPP üzrə inşa ediləcək dəmir yolunun Rusiyaya aidiyyəti olmayacaq:

"Burada məntiq ondan ibarətdir ki, Rusiya və Ermənistan arasında müqavilə imzalananda TRIPP layihəsi mövcud deyildi".

Seçilən
23
day.az

1Mənbələr